Zelenski Britaniya parlamentində danışdı


Ukrayna prezidenti Zelenski Britaniya parlamentində çıxış edib. Sona qədər mübarizə aparacaqlarını vurğulayan Zelenski 50-dən çox uşağın həyatını itirdiyini açıqlayıb. Digər tərəfdən, Zelenski Rusiyanın terrorçu dövlət kimi qəbul edilməli olduğunu vurğulayıb.

Türküstan.azxəbər verir ki,Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Boris Consondan Rusiyaya qarşı sanksiyalarla təzyiqi artırmasını istəyib və "Biz təslim olmayacağıq, uduzmayacağıq, dənizdə və havada sona qədər mübarizə aparacağıq. Buna davam edəcəyik. Nəyin bahasına olursa-olsun, torpağımız üçün vuruşun". dedi.

Zelenski Ukraynanın paytaxtı Kiyevdən videokonfrans vasitəsilə İcmalar Palatasında Britaniya parlamentarilərinə müraciət edib. Zelenskinin çıxışı Ukrayna və ingilis dillərində sinxron tərcümə ilə deputatlara təqdim edilib.

Ukrayna prezidenti Zelenski çıxışında ölkəsinin Rusiyaya qarşı müharibəsini "İkinci Dünya Müharibəsində İngiltərənin səyləri ilə müqayisə edib.

"Birinci gün (müharibənin) səhər saat 4:00-da qanadlı raketlərlə hücuma keçdik. Hamı oyandı, insanlar, uşaqlar, bütün Ukrayna oyandı və biz o vaxtdan bəri yatmamışıq". Zelenski vurğulayıb ki, hər bir ukraynalı ölkəsi üçün vuruşur.

Zelenski bildirib ki, Ukrayna daha sonra hava hücumlarına məruz qalıb, lakin Rusiya onlardan silahı yerə qoymağı tələb etdikdə ukraynalılar döyüşə davam ediblər.

Ukraynanın hər yerində davamlı bombardmanların olduğunu deyən Zelenski çıxışında britaniyalı deputatlara müharibənin gündən-günə necə davam etdiyini bildirib.

"Biz təslim olmayacağıq, uduzmayacağıq, dənizdə və havada sona qədər mübarizə aparacağıq. Nəyin bahasına olursa-olsun, torpağımız üçün mübarizəmizi davam etdirəcəyik. Meşələrdə, tarlalarda, meydanlarda vuruşacağıq. sahillərdə, küçələrdə", - Zelenski bildirib.


MANŞET XƏBƏRLƏRİ