Yanukoviç Zelenskini təslimçi sazişə çağırdı


Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Zelenskiyə müraciət edib.

Yanukoviç nəyin bahasına olursa olsun qan axıdılmasını dayandırmağa və sülh sazişini əldə etməyə çağırıb (Azpost.az).

"Mən yaxşı başa düşürəm ki, sizin çoxlu "məsləhətçiləriniz" var. Amma siz şəxsən qan tökülməsini dayandırmağa və slüh sazişinin əldə etməyə borclusunuz. Bunu sizdən Ukraynada, Donbassda və Rusiyada gözləyirlər. Buna görə, sizə Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız minnətdar olacaqlar" - deyə Yanukoviç bildirib.

Xatırladaq ki, Rusiyanın tələb etdiyi şərtlər Ukraynanın zilahsızlaşdırılması, neytral status alması, hakimiyyətin dəyişməsi, Krımın Rusiya ərazisi kimi, Luqansk və Donetskdəki separatçı rejimlərin "müstəqilliyinin" tanınmasıdır. Sabiq prezident Yanukoviç "sülh sazişi" deyərkən bu şərtləri nəzərdə tutur.


MANŞET XƏBƏRLƏRİ