Həbsdən çıxan Manaf Ağayevdən ilk AÇIQLAMA


Qarabağa qanunsuz səfər etdiyi üçün 15 sutkalıq həbs cəzası alan və iki gün əvvəl azadlığa çıxan müğənni Manaf Ağayev açıqlama verib.

Turkustan.azxəbər verir ki, müğənni ilk dəfə məsələ ilə bağlı özünün "Facebook" hesabında paylaşım edib.

"Geridə qalan 15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin. Xalqıma hər zaman belə toylar qismət olsun, biz də gəlib iştirak edək. Allah xoşbəxt eləsin! Toyumuza başladıq", - deyə Manaf Ağayev paylaşımında yazıb.

Müğənni bu paylaşımla həm də hazırda toyda olduğuna diqqət çəkib.

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov qanunsuz olaraq, Füzuliyə səfər ediblər.

İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımladıqdan sonra səfər geniş müzakirələrə səbəb olub.

Hər iki şəxs qanunamüvafiq olaraq 15 sutka həbs olunub. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ