Çili hökuməti Rusiya şirkətlərinə göndərilmiş dəvəti ləğv etdi


Çili hökuməti Rusiya şirkətlərinə FİDAE hərbi və aerokosmik sərgidə iştirakla bağlı göndərdiyi dəvəti ləğv edib.

Bu barədə Çilinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya hücuma görə Çili hökuməti Rusiya şirkətlərinə 5-10 aprel tarixlərində keçiriləcək FİDAE aerokosmik sərgisində iştirak üçün göndərilmiş dəvəti ləğv edib.

Qeyd edək ki, FİDAE Latın Amerikasının ən böyük aerokosmik və hərbi sərgisi hesab edilir.


MANŞET XƏBƏRLƏRİ