Putinin köməkçisi: "Ukrayna ilə 3 MƏSƏLƏDƏ anlaşa bildik"


Belarusda baş tutan danışıqlarda Rusiya və Ukrayna bəzi məsələlərdə anlaşa bilib.

Bu barədə "Ria Novosti"yə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski tərədlərin bəzi məsələlərdə razılığa gəldiyini bildirib.

"Görüş yeni başa çatıb. Ukrayna tərəfi ilə biz 3 blokda olan məsələləri müzakirə etmişik: hərbi məsələ, humanitar məsələ və münaqişənin gələcək siyasi həlli məsələsi. Mövqelər tam aydındır, bəndlərlə yazılıb. Hər bir hissə üzrə anlaşma əldə edilib", - deyə Medinski bildirib.


MANŞET XƏBƏRLƏRİ