Rusiyanın növbəti hədəfi Moldovadır? Lukaşenkonun xəritəsindəki ox işarəsi gündəmi QARIŞDIRDI - VİDEO


Belarus prezidenti Aleksandr Lukaşenkonun BMT iclasında açıqlamalar verdiyi xəritədəki işarələr dünya mətbuatına bomba kimi düşüb. Lukaşenkonun xəritəsində ordunun rus əsgərlərinin irəliləyişini göstərərək Belarus üzərindən Ukraynaya hücum təşkil etdiyi iddialarını təkzib edən ox işarəsi Rusiyanın hədəfində olan növbəti ölkənin Moldova olacağı iddialarını gündəmə gətirib.

Türküstan.azxəbər verir ki,Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

XƏRİTƏDƏKİ İŞARƏLƏR GÜNDƏMİ YARATDI

Lukaşenko xəritədə Ukrayna ərazisinin Belarusdan hücuma məruz qalması ilə bağlı iddiaları təkzib edib. Lakin canlı yayımda göstərilən xəritədəki işarələr dünya mətbuatına bomba kimi düşüb.

RUSİYA BİRLİKLƏRİNİN İRƏLƏYİŞİ XƏRİTƏDƏ DƏ GÖSTƏRİLİB

Lukaşenkonun BMT Baş Assambleyasında çıxışı zamanı göstərdiyi xəritədə Rusiya qoşunlarının Ukrayna daxilində irəliləyişi aydın görünürdü. Xəritədə səhvən göstərildiyi düşünülən bir şey diqqətdən yayınmadı.

NÖVBƏTİ ÖLKƏ MOLDOVA İDDİASI

Ukraynanın cənubundakı Odessa şəhərinin üzərindən Moldovanın Ukrayna ilə sərhədində rus separatçılarının yaşadığı Dnestryanı bölgəni göstərən ox, Rusiyanın hərbi müdaxilə edəcəyi növbəti ölkənin Moldova olacağı iddialarını xatırladıb.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ