Navalnının komandası Müharibə Əleyhinə Hərəkat yaratdı - XALQA MÜRACİƏT


Rusiya müxalifəti vətəndaş itaətsizliyinə çağırır.

Rusiya müxalifətinin lideri Aleksey Navalnın komandası Putinin Ukraynada apardığı müharibəyə qarşı vətəndaş itaətsizliyi kampaniyası elan edib. Navalnının komandası vətəndaşları sosial şəbəkələrdə çıxışa və etiraz aksiyalarında iştiraka çağırıblar. Bundan başqa hərbçilərdən ölkə rəhbərliyinin cinayətkar əmrlərini yerinə yetirməmək, dövlət işində çalışan məmurlardan vəzifələrini icra etməmək tələb olunur.

Putinin tarixdə beynəlxalq cinayətkar, terrorçu və qatil kimi qalacağını qeyd edən müraciət müəllifləri onun cinayətlərinin məsuliyyətini nəsillər boyu Rusiyanın daşıyacağı ilə bağlı xəbərdarlıq ediblər.

Müraciətdə müxalifət liderinin tərəfdarları xalqı biganə qalmamağa, vətəndaş itaətsizliyi kampanaiyasına qoşulmağa və müqavimət göstərməyə çağırıblar.

Aleksey Navalnın komandasının aparıcı üzvülərindən biri olan İlya Yaşin ötən günmüraciətyaradıldığını elan edib və xalqı bütün ölkə boyu müharibə əleyhinə çıxışlara çağırıb.

Navalnın dostu, Yekaterinburqun keçmiş meri Yevgeni Royzman Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı günü "milli rüsvayçılıq günü" adlandırıb, prezident Putini Hitlərə, Rusiyanı isə faşist Almaniyasına bənzədib.

Xaqani Cəfərli


MANŞET XƏBƏRLƏRİ