Bu ölkələr müharibədə Rusiyanı dəstəkləyir – SİYAHI


Fevralın 24-dən etibarən Rusiya Ukraynaya müharibə elan edib və hərbi toqquşmalar davam edir.

Müharibə başlayandan bəri yüzlərlə insan həyatını itirib, 500 mindən çox ukraynalı ölkəni tərk edərək qonşu ölkələrə sığınıb. Bu müharibədə böyük əksəriyyət Ukraynanın haqlı olduğunu bildirsə də, əksini düşünənlər, hətta Rusiyanı açıq müdafiə edənlər də var.

Turkustan.azUkraynanın işğalında birbaşa və ya dolayısı ilə Rusiyanın tərəfində olan ölkələrin siyahısını təqdim edir:

Belarus

İşğaldan əvvəl Rusiya ilə hərbi təlimlər keçirən və torpaqlarını rus ordusuna açaraq müharibədə Moskvanın tərəfindədir. Bu ölkə ilə bağlı ən son yayılan xəbər belədir ki, Belarus da müharibədə fəal iştirak edə bilər.

Kuba

Cənubi Amerika ölkəsi Kuba Ukraynanın işğalında Moskvanı dəstəkləyir. Kuba prezidenti Migel Diaz-Kanel Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini dəstəklədiklərini bəyan edib.

Nikaraqua

Ukraynanı işğalına dəstək verən digər Cənubi Amerika ölkəsi də Nikaraquadır. Prezident Daniel Orteqa dövlət televiziyasında yayımlanan çıxışında Putinin yanında olduqlarını ifadə edərək, "Məntiqlə bu administrasiyaların (Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası) təhlükəsizliyi üçün hərbi dəstəyə ehtiyac var. Əgər orada müharibə olarsa, qalib olmayacaq",-deyə bildirib.

Çin

Müharibə başlayandan bəri Rusiyanın tərəfində olduğuna dair açıqlamalar verən Çin baş verənlərə görə, ABŞ və Qərbi günahlandırır. Digər tərəfdən, fevralın 26-da BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə Çin BMT Təhlükəsizlik Şurasının "Moskvanın Ukraynaya hücumunu dərhal dayandırması və bütün qoşunlarını geri çəkməsi" tələbi ilə qəbul etdiyi qətnamədə bitərəf qalıb.

Hindistan

Uzun müddətdir Rusiya ilə ABŞ arasında "tarazlıq" siyasətini davam etdirən və Moskvaya yaxınlığına görə, Vaşinqtonda zaman-zaman tənqid edilən Hindistan, 26 fevralda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında da Rusiyanın əleyhinə səs verməyərək bitərəf qalıb.

İran

Tehranla Moskva arasında yaxın münasibətlər çoxdan məlumdur. İran və Rusiya xarici siyasətdə bir çox məsələlərdə birgə hərəkət edirlər. Tehran rəhbərliyi Ukraynanın işğalı ilə bağlı birbaşa olaraq tərəf tutaraq açıqlama verməsə də, prosesin Qərb tərəfindən bu vəziyyətə gətirildiyini bildirən bəyanatlar verir.

Simali Koreya

Şimali Koreyanın Ukraynaya təcavüzü ilə bağlı verdiyi açıqlamada Rusiyanın dəstəkləndiyi və böhranın əsas səbəbkarının ABŞ olduğu bildirilib. Şimali Koreya Xarici İşlər Nazirliyinin internet saytında verilən və "Rusiyanın təhlükəsizliyi ilə bağlı qanuni tələbinə məhəl qoyulmadığı" ifadə edilən açıqlamada "Fəlakətə görə Vaşinqtonun məsuliyyət daşıdığı" da qeyd edilib.

Suriya

Dəməşq administrasiyası Rusiyanın Ukraynanın şərqindəki Donetsk və Luqanskın müstəqilliyinin tanınmasını dəstəklədiyini açıqlayıb. Suriyanın xarici işlər naziri Faysal Mekdad Moskvanın son addımını təqdir edərək, bunu "dünya sülhünün müdafiəsi istiqamətində atılan addım" adlandırıb. Prezident Bəşər Əsədin dəftərxanasından verilən açıqlamada, iki bölgə ilə əlaqələr qurmaq üçün çalışmağa hazır olduqları və yerli hökumətlərin müstəqilliyinin tanınması mümkün olduğu bildirilib.

BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurasının fevralın 26-da "Rusiyadan Ukraynaya hücumu dərhal dayandırmağı və bütün qoşunlarını çıxarmağı" tələb edən qətnaməyə bitərəf qalıb. Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm müttəfiqlərindən biri kimi görünən BƏƏ-nin bitərəf qalması Qərbdə fərqli reaksiyalara səbəb olub. /Sfera.az/


MANŞET XƏBƏRLƏRİ