Lukaşenko ölkəsini Rusiyanın quberniyası, özünü Putinin qubernatoru kimi aparır


Mərahim Nəsib

O ki, hərbi xidmətdə komandirin xüsusi və özəl "suka"sı olur ha, hazırda Belarus Prezidenti Aleksandr Lukaşenko da Putin üçün özünü elə aparır. Çeçenistan Prezidenti Ramzan Kadırov da Putinə canfəşanlıq edir, lakin onu hardasa başa düşmək olar, çünki çeçen olsa da, Rusiya vətəndaşıdır, Rusiyanın hakim "Vahid Rusiya" partiyasının üzvüdür, general-mayordur və fəaliyyət istiqaməti bəllidir. Dolyası ilə ölkəsinə xidmət edir. Kadırovun tənqid hədəfi olmasına səbəb milli və dini mənsubiyyətinə zidd hərəkət etməsi, çeçen liderlər Şamil Basayevin, Cövhər Dudayevin, Zəlimxan Yandarbiyevin liderlik xüsusiyyətlərinə tərs mütənasib fəaliyyət göstərməsidir. Amma təkrar edirəm, dövlətçilik baxımından Rusiya hərbi və siyasi xadimidir.

Amma Lukaşenko müstəqil bir dövlətin prezidenti olmasına rəğmən, ölkəsini Rusiyanın quberniyası, özünü isə Putinin quberantoru kimi aparır. Hətta, Lukaşenko bu gün Belarusda keçiriləcək referendumda "neytral və nüvəsiz dövlət status"unun konstitusiyadan çıxarılacağını bəyan edib. Bundan əvvəl olduğu kimi, bundan sonra da Rusiyaya müti olacağını açıq şəkildə nümayiş etdirib. Əbəs yerə deyil ki, son hadisələrdən dolayı Rusiyaya tətbiq edilən sarsıdıcı sanksiyalar Belarusdan da yan keçmir.

Bəlkə də Belarusda keçirilən son prezident seçkilərində Svetlana Tixanovskaya qalib gəlsəydi, bu gün Belarus üçün hər şey tamam fərqli ola bilərdi. Ən azından, Belarus xalqı məcburi şəkildə istəmədiyi zülmə göz yummazdı və Belarusun inkişafı da fərqli istiqamətdə cərəyan edə bilərdi. Çünki yeni dünya nizamında Belarus və Rusiya da daxil olmaqla, dikatura ilə idarə edilən, daha doğrusu işğalçı və işğalçıya dəstək verən ölkələrə yer yoxdur. Bunun əksində isə zərər çəkən yalnız sadə vətəndaşlar olur. Çünki diktatorlara dövlət yox, hakimiyyət maraqlıdır. Qərb isə öz maraqları naminə bunu bağışlamır.

Yəqin ki, ovlanması çətin şikar kimi Qərbin "Ukrayna yemi"nin tələsinə düşən Rusiya heç vaxt görmədiyi bu dağıdıcı sanksiyalardan özünə çətin gələcək, bəlkə də heç gəlməyəcək, amma zərər çəkənlər daha çox günahsız xalq olacaq.


MANŞET XƏBƏRLƏRİ