Ukraynada azərbaycanlı ailənin üç üzvünün öldürüldüyü yerdən ANBAAN VİDEO


Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.

Hadisə yerindən dəhşətli görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub. Videoda Natalya Fərzəliyevanın idarə etdiyi avtomobilin aviazərbələrə məruz qaldıqdan sonrakı halı görünür.

Xatırladaq ki, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q.Fərzəliyev həmin vaxt orada olmayıb.

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələbə idi. Onlar Ukrayna vətəndaşları olublar.

Xatırladaq ki, soydaşlarınızın Ukraynada atəş altına düşərək həlak olmaqları diaspor üzvləri tərəfindən təsdiqlənib.


MANŞET XƏBƏRLƏRİ