Ukraynada azərbaycanlı ailəsində FACİƏ - Ana və iki övladı ÖLDÜ - FOTOLAR


Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.

Turkustan.az-ın əldə etdiyi məlumata görə, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları Modern.az-a bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q. Fərzəliyev həmin vaxt orada olmayıb.

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.


MANŞET XƏBƏRLƏRİ