Zaxarova Moskva Bəyannaməsindən DANIŞDI: Heç bir halda Ermənistanla...


"Azərbaycanla müttəfiqlik haqqında bəyannamənin imzalanması heç bir halda Rusiyanın Ermənistanla müttəfiqlik əməkdaşlığına problem yaratmır".

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifində bildirib.

"Biz köhnə və yaxın müttəfiqimiz olan İrəvana münasibətdə bütün ikitərəfli öhdəliklərimizə əməl edəcəyik. Fikrimizcə, Bakı ilə imzalanan bəyannamə Rusiya, Azərbaycan və Ermənistan arasında təhlükəsizlik, iqtisadi və humanitar sahədə əməkdaşlığı möhkəmləndirəcək. Regionda geosiyasi reallıqların dəyişməsini nəzərə alaraq biz, ikitərəfli hüquqi müqavilə bazasını yeniləyirik" - deyə Rusiya XİN rəsmisi vurğulayıb. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ