Türk dünyasının böyük ozanı Esat Kabaklı "Türk Ədəbiyyatı Vəqfi"ndə "Çərşənbə söhbətləri"nin qonağı olub


"Türk Ədəbiyyatı Vəqfi"ndə 50 ildir ki, ənənəvi olaraq elmi-ədəbi-fəlsəfi mövzularda "Çərşənbə söhbətləri" keçirilir. Türk dünyasının böyük ozanı Esat Kabaklının ilahi Səsinin və Sözünün işığında ötən gün Vəqfdə maraqlı bir görüş gerçəkləşib.

Esat Kabaklı sənətiylə milli duruşu türk gəncliyinə aşılayan, onların Alpərən ruhunda yetişməsinə vəsilə olan aydın düşüncə və fəzilət sahibi, səsiylə könüllərdə taxt quran böyük sənətkardır.

50 ildən çoxdur ki, əlində sazıyla Türk mədəniyyətinin ana izlərini gələcək nəsillərə daşıyan Esat Kabaklı bu xidmətləri ilə bağlı olduğu tarixi köklərlə çağdaş mühit arasında mənəvi bağ, körpü oluşdurmaqdadır. Esat bəyin "Oğul" (1997), "Kirve Memi" (2000), Yalnız Türküler / Göç (2002), Sürgün / Siyah Beyaz Türküler (2005) və Bil Oğlum / Bu Vatan Bölünmez Bu Bayrak İnmez (2018) albomları təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük sevgiylə dinlənməkdədir.

Esat bəyin Sərhat Kabaklının türk gəncliyinə müraciətlə qələmə aldığı "Bil oğlum"un sözlərinə bəstələdiyi türkü bu gün körpə yavrusundan Cumhurbaşqanına qədər Uca Türk millətinin dillər əzbəridir.

"Çərşənbə söhbətləri"ndə "Bizim Türkülərimiz" mövzusunda möhtəşəm söhbətindən sonra Esat bəy dinləyicilərini türkü ziyafəti ilə mükafatlandırıb.

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ