Xankəndidə güclü partlayış səsləri – Mina və sursat anbarında yanğın - Nə baş verir? - VİDEO


Bu gün Xankəndidə eşidilən güclü partlayış səslərinin mənşəyi ilə bağlı məlumat yayılıb.

Turkustan.az Sputnik-Armenia-ya istinadən xəbər verir ki, əhalini qorxuya salmış partlayış, ətraf ərazilərdə minatəmizləyən qrupların apardığı işlər zamanı baş vermiş yanğının güclü külək nəticəsində minalar və müxtəlif döyüş sursatları saxlanılan əraziyə qədər genişlənməsi nəticəsində baş verib.

"Ərazidə baş verən yanğın güclü külək səbəbiylə yayılaraq əvvəllər partlamamış və döyüş sursatlarının qoyulduğu yerə çatıb. Hazrda yanğınsöndürənlər və müxtəlif müdaxilə qrupları təhlükənin tez bir zamanda qarşısını almaq üçün bütün lazımi tədbirləri görürülər" – deyə, məlumatda qeyd olunur.

/missiya.az/


MANŞET XƏBƏRLƏRİ