Lukaşenko Putinlə Zelenskini Minskdə görüşə dəvət etdi - ŞƏRTLƏR


Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərlə operativ iclas keçirib.

BelTA xəbər verir ki, o, Ukraynada hərbi əməıliyyatların dayandırılması üçün ümid yeri olduğunu deyib.

"Danışıqlar üçün Ukraynanın demilitirizasiyası, NATO-ya üzvlükdən imtina etməsi və Donbasda döyüşləri dayandırması lazımdır".

Lukaşenko Kiyevin cəbhədə məğlubiyyətə uğradığını, Moskva ilə danışıqlara ehtiyac olduğunu söyləyib.

Belarus lideri Moskva ilə Kiyev arasında danışıqlar üçün Minskdə görüş keçirilməsini təklif edib.


MANŞET XƏBƏRLƏRİ