Azərbaycandan Rusiyanın bu şəhərlərinə reyslər DAYANDIRILDI


Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

AZAL-dan Turkustan.az -a verilən məlumata əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Rusiya KİV xəbərlərinə görə, martın 2-ə qədər Rostov, Krasnodar, Voronej, Simferopola da reyslər dayandırılıb.


MANŞET XƏBƏRLƏRİ