Rusiyaya İLK ZƏRBƏ: Rəsmən dayandırıldı


Almaniya "Şimal axını-2" layihəsinə lisenziyanın verilməsi prosesini dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şoltz bildirib.

Məlumata görə, Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması Almaniyanı belə qərar qəbul etməyə məcbur edib.

O.Şolz bildirib ki, "Şimal Axını 2" layihəsinə hazırda icazə verilə bilməz.

"İqtisadiyyat Nazirliyinin məsul şöbəsi "son bir neçə gündə nələrin dəyişdiyini" nəzərə alaraq, təchizatın təhlükəsizliyinin yeni qiymətləndirilməsini həyata keçirəcək. Bu mərhələdə ilk sanksiyalardan əlavə, növbəti fəlakətin qarşısını almaq vacibdir. Bütün diplomatik səylərimiz buna yönəlib" - kansler qeyd edib.

Qeyd edək ki, "Şimal Axını 2" rus təbii qazının Almaniyaya daşınmasını nəzərdə tutur. Rusiyadan Baltik dənizi ilə Almaniyaya çəkilən 1230 kilometrlik qoşa xəttin tikintisi başa çatsa da, boru kəmərindən hələ də təbii qaz keçməyib. Sertifikatlaşdırma prosesi bu yaxınlarda dayandırılıb. (publika.az)


MANŞET XƏBƏRLƏRİ