Putinin açıqlaması rublu VURDU:2 ilin ən kəskin enişi


Rusiya lideri Putinin Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanımasından sonra rus rublu dollar qarşısında kəskin ucuzlaşıb. Axşam sessiyasında birjalar da yüzdə 18 ucuzlaşıb. Rubl 1 faiz ucuzlaşaraq 80,5825-ə satılıb.

Türküstan.az xəbər verir ki, MOEX benchmark indeksi 11 faiz azalıb, bu, Rusiyanın 2014-cü ildə Krımın müstəqilliyini tanımasından bəri ən böyük enişdir. Dünən Rusiya birjaları və rublu dünya miqyasında ən pis performans göstərən aktivlər olub və günü 3,1 faiz azalaraq 79,78-də başa vurub.

Rusiyadakı satışlar bugünkü Asiya sessiyasında da öz əksini tapıb. Regional səhmlər və ABŞ fyuçers müqavilələri aşağı düşüb. Rusiyanın alüminium nəhəngi Rusalın səhmləri 20 faizdən çox ucuzlaşıb.

Rusiya Maliyyə Nazirliyi maliyyə bazarlarındakı volatilliyi əsas gətirərək planlaşdırılan istiqraz buraxılışının ləğv edildiyini açıqlayıb. Ölkədə 10 illik istiqraz faizi də təxminən 80 baza bəndi yüksəlib.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ