Mədəniyyət Nazirliyi Rəngkarlıq sənətinin inkişafına yönələn layihə və tədbirlər keçirir


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rəssamlıq sənətinin – təsviri incəsənətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir.Tədbirlər sırasında rəssamlarla görüşlərin təşkili prioritet məsələlərdənbiri kimi qarşıya məqsəd qoyulur.

Nazirlikdənaldığımızməlumata görə,məhz bu məsələlərin icrasını reallaşdırmaq məqsədilə bu günlərdəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva və həmin şöbənin Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə Xalq rəssamı Cəlil Hüseynov, rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanalarını ziyarət ediblər.

Turkustan.azxəbər verir ki,8 aprel 2022-ci il tarixində Müasir İncəsənət Muzeyində Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş "Ağ kölgə" adlı fərdi sərgi təşkil ediləcəkdir. Görüş zamanı sərginin təşkili ilə bağlı bir sıra məsələ ətrafında fikir mübadiləsi aparılmış, emalatxananın fəaliyyəti ilə bağlı müzakirələr edilmişdir.

Daha sonra rəssamlar Sübhan Məmmədov və Anar Yolçiyevin emalatxanaları ziyarət edilmiş, rəssamların gələcəkdə fərdi sərgilərinin təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.

Nazirlik əməkdaşları bildirir ki, bu kimi görüşlərin keçirilməsi planlı şəkildə davam etdiriləcək, rəssamların istəkləri nəzərə aq daim diqqətdə saxlanılacaqdır.

No description available.


MANŞET XƏBƏRLƏRİ