Rusiya ilə strateji müttəfiqlik nələri nəzərdə tutur? - MADDƏLƏR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün - fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanacaq".

Bəs, strateji müttəfqilik hansı sahələri əhatə edir? Kremlin yaydığı məlumatda bildirilir ki, iki ölkə

- siyasi;

- ticarət,

- iqtisadi,

- humanitar

sahələri əhatə edəcək.

Qeyd edək ki, ticarət, iqtisadi, humanitar sahələr üzrə Azərbaycan-Rusiya əməkdaşlığı, strateji müttəfiqliyi hər zaman vurğulanıb. Siyasi sahədə əməkdaşlıq isə ilk dəfədir qeyd edilir.


MANŞET XƏBƏRLƏRİ