Ona "Ölməz Türk" deyirlər: 399 yaşında olduğu deyilən adam dünyanı heyrətə salıb - VİDEO


Türkiyəli olduğu iddia edilən 399 yaşlı kişinin fotoları sosial mediada gündəm olub. Video həm də müzakirələrə səbəb olub. Kişinin yaşına inanmayanlarla yanaşı, inananların da sayı kifayət qədər çoxdur.

Türküstan.azxəbər verir ki,Sosial şəbəkələrdə paylaşılan video qısa zamanda gündəmə gəlib. Sözügedən videodakı kişinin 399 yaşında və türk olduğu iddia edilib. Dünyanı heyrətə salan hadisə sosial media istifadəçilərini iki yerə bölüb. Bir tərəf bu qədər yaşamağın qeyri-mümkün olduğunu iddia edərkən, digər tərəf "doğru da ola bilər" fikri ilə razılaşıb.

QOHUMLARI İDDİALARI YALANLADI

Video qısa müddətdə dünyaya yayıldıqdan sonra kişinin yaxınları açıqlama verməli olub. Qocanın qohumu bildirib ki, kişinin 399 yox, 109 yaşı var. Qocanın qohumu mövzu ilə bağlı açıqlamasında həmin şəxsin Türk deyil, Taylandlı olduğunu bildirib. Lakin bəzi sosial şəbəkə istifadəçiləri qohumun bilə-bilə məlumat gizlətdiyini və həmin şəxsin türk olduğunu iddia edib.

Ona

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ