Yanından keçdiyi ağac "Əzrayıl"ı oldu - DƏHŞƏTLİ VİDEO ANBAAN


İsraildə bir parkda hərəkət edən qadın xurma ağacının üzərinə düşməsi nəticəsində öldü.
Turkustan.azxəbər verir ki, dünən axşam İsrailin qərbində, Tiberiya şəhərində parkda gəzən qadının üstünə xurma ağacı düşüb. Ağacın altında qalan qadın hadisə yerində dünyasını dəyişib.

Təcili yardımın rəsmisi Yoel Nagar verdiyi açıqlamada, "Parka çatanda, yaralı qadının üstünə düşən böyük bir ağacın altında yerdə yatdığını gördük. Xilasetmə əməliyyatından sonra qadının həyat əlamətlərinin olmadığını gördük" deyib.

Polis tərəfindən hadisə ilə bağlı araşdırma başlanılıb.

Mübariz


MANŞET XƏBƏRLƏRİ