Bakının rayonlarının ləğvi TƏKLİF OLUNDU


"Bu, 30 il gecikmiş dəyişiklikdir".

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gəncə şəhərinin rayonlarının ləğvi haqqında təkliflərə münasibət bildirən deputat Fazil Mustafa deyib. O qeyd edib ki, eyni dəyişiklik Bakının rayonlarında da həyata keçirilməlidir:

"Bütün respublika ilə bərabər bunu etmək lazımdır. Məsələn, Sumqayıtda şəhər icra hakimiyyəti, bələdiyyələr və qəsəbələr var. Onları şəhərə qatmaq lazımdır.

İdarəetməni nə qədər tez sadələşdirsək, əhali üçün o qədər yaxşı olar. İqtisadi əsaslar üzərində rayonların idarə olunması daha faydalı olardı. Kiçik rayonlar sistemindən çıxmalıyıq". (modern.az)


MANŞET XƏBƏRLƏRİ