SON DƏQİQƏ: Bakıda polisə müqavimət göstərən şəxs güllələndi


Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib. Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib. Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb. Zərərsizləşdirildikdən sonra meyit ailəsinə təhvil verilib. Əraziyə Səbail Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.

Faktla bağlı araşdırmalar davam edir.


MANŞET XƏBƏRLƏRİ