Ölümündən əvvəl dəfn musiqisini yazdı - 12 yaşlı oğlanın HEKAYƏSİ - VİDEO


12 yaşlı Kyan Pannel-in faciəli ölümündən sonra ailəsi dəhşətli bir məsələni aşkar ediblər. Oğulları ilə bağlı həqiqəti öyrənən ailə bu hadisəni Facebook-da paylaşıb. Dünya musiqiçiləri bu çağırışa biganə qalmayıblar.

Turkustan.az xəbər verir ki, Avstraliyada yaşayan 12 yaşlı Kyan Pennell keçən yanvarın 31-də dəhşətli şəkildə dünyasını dəyişib. Kiçik oğlan qoşqu ilə qapı arasında ilişib qalanda atası İana ailə fermasında ev işlərində kömək edirdi. Oğlunun ölümündən sonra azyaşlı oğlunu yenicə itirən kədərli ana oğluna məxsus dəftərdə inanılmaz detal aşkarlayıb.

Kyan klassik musiqi həvəskarı idi və YouTube dərsliklərinə baxaraq həm Şopen, həm də Bethoveni ifa etməyi öyrənirdi. Ölməsindən 7 ay əvvəl özü pianoda ifa etməyi öyrəndi və valideynlərindən xəbərsiz bəstələr etməyə başladı.

Anası Amanda Brierli oğlunun bəstəkarlığa başladığından xəbərsiz idi. Oğlunun boş dəftərində yarımçıq mahnı tapan ana dəfnindən əvvəl onu eşitmək arzusunda idi. Çünki kədərli ana oğlunun bəstəsini ondan eşitməyə fürsət tapa bilməyib.

Başını itirmiş anası Amandanın dediyinə görə, Kyan konsert pianoçusu olmaq istəyirdi və oyaq qalan hər saatını pianoda keçirirdi. "Bizi həyata bağlayan kiçik şey onun üzərində işlədiyi bu kompozisiyanı tapdığımız zaman oldu" deyir ana.

Amanda musiqiçiləri Kyanın musiqisini onun istədiyi kimi, təkrarlanan parçalar, dəyişən temp, işıq və kölgə ilə tamamlamağa çağırdı. Kədərli ana "İndi bütün bu gözəl insanlar onun musiqisini ifa etsəydilər, o qədər dəli olardı. O, əslində öz cənazə mahnısını bəstələdiyini bilmirdi. Mənim gözəl balam, buradayıq" deyərək hisslərini dilə gətirib.

Kimsenin haberi olmadan kendi cenaze müziğini besteledi

Kimsenin haberi olmadan kendi cenaze müziğini besteledi

Kimsenin haberi olmadan kendi cenaze müziğini besteledi

Kimsenin haberi olmadan kendi cenaze müziğini besteledi


MANŞET XƏBƏRLƏRİ