Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Turkustan.az xəbər verir ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:
"Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan".
Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır: "Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam".