Türkiyə ondan danışır: 5 uşaq atası...- VİDEO+Fotolar


Dönər kabab ustasının maraqlı vərdişi: Hər səhər işə getməzdən əvvəl bunu edir.

Turkustan.az xəbər verir ki, Türkiyənin Amasiya şəhərində "çılğın usta" kimi tanınan dönərçi Lütfi Kol qar yağdıqdan sonra şaxtalı soyuqların hökm sürdüyü bu günlərdə soyunub qar vannası alaraq işinə başlayır.
Həddindən artıq soyuğa baxmayaraq, paltarını çıxarandan sonra qarın üzərində sürünür.
5 uşaq atası olan Lütfi daha sonra paltarını geyinib işlədiyi restorana yollanır.
Odun alovunda yanan dönər piştaxtasının qarşısında bütün günüi işləyən 43 yaşlı dönərçi "Amasiyada 35, 40 ildir bu qədər qar yağmayıb. Çox xoşbəxtəm. Ona görə də hər gün işə gedərkən qar vannası qəbul edirəm" deyir.
Ailəsinin xəstələnəcəyindən narahat olduğunu deyən Lütfi Kol, "Üşümürəm. Çılğın dönər yeyənlər üşüməz. Səhhətim imkan verdikcə bu hobbimə davam edəcəm" deyir.

  • Eltac/Turkustan.az

MANŞET XƏBƏRLƏRİ