Putin: "İlham Əliyev bilməlidir ki, Rusiyada..."


Yanvarın 30-da "Rossiya 24" telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Hakimiyyət formulu" verilişi yayımlanıb.

Turkustan.azxəbər verir ki, proqramda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev haqqında fikirlərini bölüşüb:

" İlk növbədə, Onun ölkəsinə əmin-amanlıq, firavanlıq arzu edirəm. Ona görə ki, mən Onu neçə illərdir tanıyıram. Yüksək vəzifə tutan hər hansı abırlı insan kimi Onun da həyatının əsas məqsədi ondan ibarətdir ki, ölkəsi üçün yaxşı olsun, insanlar üçün, Azərbaycan xalqı üçün yaxşı olsun. Mən Ona, ilk növbədə, həyati məqsədlərinin, niyyətlərinin reallaşmasında uğurlar diləyirəm. Əlbəttə, Ona firavanlıq, cansağlığı arzu edirəm. Nəisə dolaşıq salacağımdan qorxuram, məncə Azərbaycan folklorunda bir atalar sözü var: "Həqiqi dost yüz ildən sonra da dostdur". O bilməlidir ki, onun dostları var, o cümlədən Rusiyada da. Ümidvarıq ki, O da bizə, Rusiyaya eyni hisslər bəsləyir. Ona ən xoş arzularımı bildirirəm və yubileyi münasibətilə təbrik edirəm".


MANŞET XƏBƏRLƏRİ