Görünməmiş üsul: Bu qəbilənin qadınları hamilə qalmaq üçün...


Afrika ölkəsi Namibiya tayfalarından olan Himba qəbiləsinin qadınlarının hamilə qalmaq üçün ağacın altında oturaraq mahnı oxuması son dərəcə maraqlı görünür. Qəbilə bu mahnını sonrakı illərdə cinayət törətmiş uşağa onun kim olduğunu xatırlatmaq üçün oxuyur.

Qəbilələrin ritualları həmişə diqqəti cəlb edir. Lakin bu qəbilələrin bəzilərinin elə adət-ənənələri, üsulları var ki, hamı təəccüblənir. Bu qəbilələrdən biri də Himba tayfasıdır. Qəbilə qadınlarının hamilə qalmaq üçün etdikləri diqqəti çəkir.

HAMİLƏ QALMAQ ÜÇÜN AĞACIN ALTINDA OTURURLAR

Hamilə qalmaq istəyən qadın tayfanın müqəddəs saydığı ağacın altında oturub mahnı zümzümə edir. Daha sonra bu mahnını gələcək atası və digər qəbilə üzvləri ilə paylaşır. Bu mahnının çıxdığı gün körpənin ad günü elan edilir. Körpə bu mahnı ilə doğulur.

MAHNIYI OXUYURLAR CƏZA ƏVƏZİ

Onların gələcək nailiyyətləri də bu mahnı ilə qeyd olunur. Ağlayanda da bu mahnıdan təsəlli alır, sakitləşir. Bütün qəbilə adamları uşağa sonradan cinayət törətsə onu cəzalandırmaq əvəzinə, öz mahnısını oxumaqla onun kim olduğunu xatırladırlar.


MANŞET XƏBƏRLƏRİ