Rusiya Qara dənizdə hərbi təlimlərə başladı


Rusiyanın Qara dəniz donanmasının 20-dən çox hərbi gəmisi Qara dənizdə hərbi təlimlərə başlayıb.

Turkustan.azxəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Qara dənizdə keçiriləcək təlimdə iştirak etmək üçün donanmanın 20-dən çox gəmisi dənizə çıxıb. Gəmilər, döyüş katerləri və Qara dəniz donanmasının yardımçı gəmiləri Sevastopol və Novorossiysk bazalarını tərk edərək təyin olunmuş ərazilərə yollanıblar", - məlumatda qeyd olunub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ