Putin pullarını harada saxlayır?

Putin pullarını harada saxlayır?

Rusiya Prezidenti Vladimir Putin pullarını ABŞ sanksiyaları altında olan “Rusiya” bankında saxlayır.

Turkustan.az  “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov Vaşinqtonun Putinin aktivlərinin dondurulması ilə bağlı çağırışlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ-ın aktivlərini dondurmaqla hədələmələri Rusiyanın yüksək səviyyəli məmurları üçün ağrılı deyil, siyasi cəhətdən dağıdıcıdır.

Peskov əlavə edib ki, ölkənin ali rəhbərliyinə və məmurlarına xaricdə aktivlərinin olması çoxdan qadağan edilib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsi halında Putinə qarşı sanksiyaların mümkünlüyünü təsdiqləyib.

Bayden həmçinin bildirib ki, Ukrayna ətrafında eskalasiya dünyanı dəyişə bilər.

"Qüvvələr oraya hərəkət edərsə, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq" , - deyə Amerika lideri vurğulayıb.     /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ