Türkiyə-Ermənistan danışıqlarının DETALLARI


Son günlər Türkiyə mətbuatında Ermənistanla Türkiyə arasında aparılan danışıqların bəzi detalları dərc olunub.

Turkustan.az-ın məlumatına görə, bu barədə erməni türkoloq Varujan Qeqamyan öz məqaləsində yazıb.

"Hürriyet" qəzeti yazır ki, ilk addım kimi Ermənistandan birbaşa qarşılıqlı, o cümlədən Türkiyənin müxtəlif bölgələrinə uçuşların açılması məsələsi həll olunub. Belə bir fikir var ki, xüsusilə Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Bundan əlavə, Qars yaxınlığında bəzi mədəniyyət abidələrinin, o cümlədən körpülərin və müxtəlif tarixi binaların yenidən qurulması planlaşdırılır. Onların ermənilər üçün böyük əhəmiyyəti var. Erməni diasporunun təzyiqini azaltmaq üçün isə ticarət əlaqələri də genişlənəcək".

Birinci xəbər geosiyasi məntiqə uyğun gəlir: Qafqazı tamhüquqlu türk təsir zonasına çevirmək, Rusiyanı bölgədən daha da sıxışdırıb çıxarmaq üçün mümkün qədər Rusiyanı erməni-türk prosesindən təcrid etmək lazımdır.

Varujan Qeqamyan yazır ki, Türkiyə Anadoluda erməni abidələrinin yenidən qurulması kimi simvolik addımlar atmaqla Qarabağ məsələsində və digər regional proseslərdə erməni siyasi amilini zərərsizləşdirmək istəyir.

"Onu da güman etmək olar ki, yaxın gələcəkdə Türkiyədən və Ermənistan Respublikasının faktiki hakimiyyət orqanlarından erməni-türk dostluğunu tərifləyən müxtəlif tədbirlərin şahidi olacağıq", - deyə məqalə müəllifi qeyd edir.


MANŞET XƏBƏRLƏRİ