SON DƏQİQƏ: Bakının mərkəzi küçəsində yanğın

SON DƏQİQƏ: Bakının mərkəzi küçəsində yanğın

Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çoxmərtəbəli yaşayış binasındakı yanğını söndürüb.

***

15:05

Bakıda yaşayış binası yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


MANŞET XƏBƏRLƏRİ