Tanınmış idman ustası Rauf Yusifov yarışda...


Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI "Arpachay Open" beynəlxalq karate turniri keçirilib.

İki gün davam edən turnirin rəsmi açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, millət vəkili Vüqar İsgəndərov, Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan, "Arpaçay" Karate Klubunun prezidenti Yavər Hüseynov, eləcə də mərsimə dəvət olunmuş qonaqlar çıxış ediblər. Açılış mərasimində 20 Yanvar şəhidlərinin ailə üzvləri, həmçinin ictimai təşkilat nümayəndələri, qazilər və tanınmış idman simaları iştitak edib. Ölkədə karatenin inkişafı və yarışın keçirilməsində dəstəyə görə bir sıra şəxslər fəxri diplomla mükafatlandırılıb. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak edib. 570 idmançı 31 klubu təmsil edib.

Bu yarışda ənənəvi olaraq Xırdalan karateçiləri də iştirak edib, tarixi bir uğura imza atıblar. Təcrübəli mütəxəssis, Dünya Avropa mükafatçısı Rauf Yusifovun rəhbərliyi altında 3 idmançı ilə təmsil olunub, yüksək səviyyədə çıxış edibler. Karateçilərimizdən Cəfərzadə Zəki qızıl medala (1-ci yer), İsmayılov Nurlan bürcn medala (3-cü yer) sahiblənməklə sözügedən yarışa imza atıblar.

Open photo

Open photo

Open photo


MANŞET XƏBƏRLƏRİ