14 Rusiya şirkəti Qarabağda işləmək üçün müraciət etdi - SƏFİR


"Ötən il Rusiyadan iki biznes missiya Azərbaycana səfər edib. Keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub ki, bura Qarabağda fəaliyyət də daxildir".

Turkustan.az-ın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, indiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib: "Bu sahələrə kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil". /apa.az/


MANŞET XƏBƏRLƏRİ