Bayden nöqtəni qoydu: "Ukraynaya qoşun göndərməyəcəyik"


Ağ Ev ABŞ Prezidenti Co Baydenin Ukraynaya qoşun göndərmək niyyətində olmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın hər an Ukraynanı işğal etməklə təhdid etdiyini deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin beynindən keçənləri oxuya bilmədiklərini söyləyib.

ABŞ-ın hər cür ssenariyə hazır olduğunu vurğulayan Psaki qeyd edib:

"Üstünlük verdiyimiz yol diplomatiyadır, amma sərhəd bölgəsində hərəkətliliyin artdığını görürük".

Psaki Baydenin hazırkı diqqətinin NATO-nun şərq cinahında olduğunu vurğulayıb: "Bu məsələni aydınlaşdırmaq üçün deyim ki, Baydenin Ukraynaya qoşun göndərmək niyyəti və ya istəyi yoxdur". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ