Lənətlənmiş məzarı açanlar şok yaşadılar: "Körpənin burada olması mümkün deyil"


1826-cı ilin dekabrında Misirdə qazılaraq Varşavaya gətirilən mumiya uzun illər bağlı qalmışdı. Mumiyanı araşdırmaq qərarına gələn elm adamları qarşılarında gördüklərinə inana bilməyiblər. Düz 2000 ildir ana bətnində dayanan döl görən arxeoloqlar əvvəlcə buna anlam verə bilməyiblər. Ancaq ana bətnində olan körpənin duzlu su üsulu sayəsində bu günə qədər sağ qaldığı məlum olub.

Türküstan.azxəbər verir ki,Misirdə aparılan araşdırmalar nəticəsində üzə çıxarılan və daha sonra Polşanın Varşava Universitetinə təhvil verilən Misir mumiyasında çox əhəmiyyətli bir kəşf edildi. Uzun illər xalq arasında "lənətlənmiş" adlandırılan mumiyanı açmağa qərar verən elm adamları qarşılarında gördükləri mənzərədən şoka düşüblər.

Elm adamları mumiyanın qarnını yoxlayanda qarşılarında döl görüblər. 28 həftəlik (7 aylıq) olduğu bildirilən dölün tam 2000 yaşında olduğu öyrənildikdə, arxeoloqlar dərhal bu vəziyyətin səbəbini araşdırmağa başladılar.

Buna əsasən, ananın mumiyalandığı zaman körpənin olduğu yerə duzlama aparıldığı və dölün 2000 il ana bətnində toxunulmaz qaldığı müəyyən edilib. Qadının necə öldüyü hələlik məlum deyil.


MANŞET XƏBƏRLƏRİ