Sanksiyalar növbəsi Putinin özünə çatdı

Sanksiyalar növbəsi Putinin özünə çatdı

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı, Rusiyanın Ukraynaya müdaxiləsi halında prezident Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiq olunacağını istisna etmədiyini bildirib.

Ağ Ev rəhbəri jurnalistlərin şəxsən Putinə qarşı sanksiyaların tətbiqini mümkün hesab edib-etməməsi ilə bağlı sualına “Bəli” cavabını verib.

Bayden, həmçinin, ABŞ qoşunlarını Ukraynaya göndərmək planının olmadığını təkrarlayıb və Rusiyanın işğalının “böyük nəticələrə” səbəb olacağını qeyd edib.


MANŞET XƏBƏRLƏRİ