Bayden: Rusiya hücum etsə, dünya dəyişəcək!

Bayden: Rusiya hücum etsə, dünya dəyişəcək!

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya mümkün hücumunda Vladimir Putinə qarşı şəxsən sanksiyaların tətbiq ediləcəyini istisna etməyib.

Turkustan.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərin sualına cavabında deyib.

"Rusiya Ukraynaya hücum etsə, Putin bütün dünyada ciddi nəticələrlə üzləşəcək. Bu, İkinci Dünya müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, dünyanı dəyişdirəcək", - deyə Bayden bildirib.

Bayden Ukraynaya ABŞ, yaxud NATO qoşunlarını yerləşdirmək niyyətində olmadığını, lakin regionda situasiyanı diqqətlə izlədiyini söyləyib.   /axar.az/


MANŞET XƏBƏRLƏRİ