Səhiyyədə özbaşınalıqdır, anormal iş görülür - VİDEO


Bu gün İctimai Televiziyanın efirində "Sabaha saxlamayaq" verilişində professor Adil Qeybulla səhiyyə ocaqlarındakı bəzi həqiqətləri dilə gətirib.

Turkustan.azxəbər verir ki, professorun sözlərinə görə, bu gün kanallarda şou verilişlərinə həkimlər çıxır.

"Bu tip verilişlərdə həkimin reklam olunması nə deməkdir? Bu korporativ maraq deməkdir. Həkimlə korporativ maraq birbaşa əxlaq məsələsidir", - A.Qeybulla deyib.

O bildirib ki, Azərbaycanda səhiyyə özfəaliyyətdir:

"10 nəfər şöbədə işləyir, onlar növbə ilə işdə qalır, gələn xəstəni qəbul edir. Bu həkimlərin fiks olunmuş maaşı olmalıdır.

Azərbaycanda necə ola bilər ki, bir həkim 140 manat maaş alsın, biri 21 min manat. Hər iki həkimi dövlət hazırlayıb, diplomuna möhür vurub. Onda belə çıxır ki, dövlət anormal iş görür?

İmtahan komissiyasının sədrlərini tutub dar ağacından asaq".

Daha ətraflı videoda:

/axar.az/


MANŞET XƏBƏRLƏRİ