"NATO Ukraynaya qoşun yerləşdirməyəcək" - Stoltenberq


NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ətrafında baş verən hadisələrə münasibət bildirib.

Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, baş katibin sözlərinə görə, onun rəhbərlik etdiyi alyans Ukraynaya qoşun yeritməyəcək.

"NATO Ukraynada qoşun yerləşdirməyəcək", - deyən Stoltenberq dünyanı maraqlandıran suala aydınlıq gətirib.

O, həmçinin NATO-nun Rusiya ilə silahlara nəzarət, hərbi əməliyyatların şəffaflığı və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu diqqətə çatdırıb.

Stoltenberq, onu da bildirib ki, NATO ABŞ-la əlaqələndirilmiş şəkildə bu həftə Rusiyanın təhlükəsizliklə bağlı təkliflərinə yazılı cavab göndərəcək. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ