Azərbaycan bu silahları alır - Ekspet açıqladı


"Azərbaycanın yeni aldığı silahlar arasında əsasən həm aviasiya vasitələri, həm də idarəolunan raketlər üstünlük təşkil edəcək".

Bu fikirləri Publika.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin fikrincə, satınalmalarda təbii ki, Vətən müharibəsinin təcrübəsi də əsas götürüləcək: "Bu müharibə zamanı bir çox silah sistemlərini həm ayrılıqda, həm də kompleks şəkildə tətbiq etmişdik və tətbiqlər zamanı biz həmin silahların üstün və çatışmayan cəhətlərini real olaraq döyüş meydanında müşahidə etdik".

Ə.Verdiyev əlavə edib ki, cənab Prezidentin də vurğuladığı çatışmazlıqlar da məhz, müharibədə, real əməliyyatlarda ehtimal olunan rəqibə qarşı tətbiqi məsləhət olmayan və yaxud tətbiqi effektliyi aşağı olan silahlardan imtina edəcəyik: "Bu silahların əksinə pilotsuz və idarəolunan reaktiv sistemlərə, o cümlədən raketlərə üstünlük verəcəyimiz şübhə doğurmur".


MANŞET XƏBƏRLƏRİ