Azərbaycanda yoluxma KƏSKİN ARTDI - FOTO


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2468 yeni yoluxma faktı qeydə alınıb, 5197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 636956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617791 nəfər müalicə olunaraq sağalıb, 8632 nəfər vəfat edib, aktiv xəstə sayı 10533 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11525, ötən müddət ərzində isə ümumilikdə 6081949 test aparılıb.


MANŞET XƏBƏRLƏRİ