"Allahın yer üzündəki elçisi" Azərbaycanda tutuldu: "Bəlayi-müsibətə düçar olacaqsınız..." - FOTO


Xəbər verdiyimiz kimi, Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən Aygün Abdullayeva polislər tərəfindən saxlanıb.

Kürdəmirdə saxlanan falçının polisə verdiyi ifadə məlum olub.

Turkustan.a Lent.az-a istinadən xəbər verir ki, özünü falçı kimi təqdim edən, dilənçiliklə məşğul olan Aygün Abdullayeva özünün "Bəxt açan", "Xoşbəxt edən" olduğunu deyib.

O, həmçinin "İlahi vergili, Allahın yer üzündə elçisi" olduğunu da dilə gətirib. Saxlanılarkən polisə deyib ki; "məni tutmayın, məni tutsanız siz bəlayi-müsibətə düçar olacaqsınız...".

Aygün Abdullayeva

***

Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadıb pullarını və qızıllarını mənimsəyən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, bu zaman onun huşunu itirməsindən istifadə edərək 500 manat pulunu və 4800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

Müraciətlə əlaqədar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.

Qadın saxlanılaraq istintaqa təhvil verilib. Barəsində Kürdəmir raypn Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.


MANŞET XƏBƏRLƏRİ