Bakıda dəhşət: Xəstə özünü baş həkimin otağından atmaq istədi - ANBAAN VİDEO


Nizami rayonundakı 26 saylı poliklinikada müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

Bu barədə Yenisabah.az-a sözügedən poliklinikada qeydiyyatda olan sakinlər məlumat verib:

"Poliklinikanın baş həkimi Məmmədova Aidanın haqsız tələblərinə etiraz edən, poliklinikada qeydiyyatda olan vətəndaş özünü Baş həkimin ikinci mərtəbədəki kabinetinin pəncərəsindən atmaq istəyib. Ümumiyyətlə, bu səhiyyə ocağının yarıtmaz fəaliyyəti haqda müxtəlif mətbuat orqanlarında, saytlarda həyəcan təbili çalınsa da, Bakı Baş Səhiyyə Mərkəzində və Səhiyyə Nazirliyindəki havadarlarının sayəsində baş həkim haqqında heç bir tədbir ğörülmür.

Baş həkim Poliklinikanı şəxsi mülkü kimi idarə edir. Poliklinikanın birinci mərtəbəsində iki diş, ikinci mərtəbəsində isə bir diş kabinələri fəaliyyət göstərir. Ürək, böyrək, nevropotoloq, kardioloq xəstələri isə üçüncü mərtəbələrə zülmlə dırmaşırlar. Ən dözülməzi isə şəkər xəstələrinin də üçüncü mərtəbəyə qaldırılmasıdır. Baş həkim hətta polikilinikanın həyətini avtodayanacağa çevirib və ordan da gəlir əldə edir. Əslində intihara cəhd hadisəsindən sonra baş həkim haqqında hüquq mühafizə orqanları tərəfindən CM-125 maddəsiylə özünü öldürmə həddinə çatdırma maddəsiylə cinayət işi qaldırılmalıydı. Amma heç bir tədbir görülmür".

Həmin görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ