İndiyə qədər yoluxmayanlar daha ehtiyatlı olmalıdır - XƏBƏRDARLIQ


Koronavirusa yoluxmayan hər bir insan "Omikron"a yoluxmağa meyillidir.

Turkustan.az-ın "RİA Novosti"-ə istinadən verdiyi xəbərə görə, bunu Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Milli Yoluxucu Xəstəliklər Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov deyib.

"Əslində, koronavirus infeksiyası ilə qarşılaşmayan hər bir insan "Omikron"a meyillidir" , - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, infeksiyanın yayılma miqyasına görə xəstəxanaya yerləşdirilən xəstələrin sayının azalması ehtimalı yoxdur.

Daha əvvəl infeksionist xəbərdarlıq etmişdi ki, "Omikron" ştammı ortaya çıxanda koronavirusa yoluxanlar arasında uşaqların nisbəti 10-11%-dən 15%-ə yüksəlib. /cebhe.info/


MANŞET XƏBƏRLƏRİ