Məşhur həkim "omicron"un sonu ilə bağlı proqnoz verdi


Planetar miqyasda koronavirus pandemiyası 2022-ci ildə bitə bilər.
Turkustan.az xəbər verir ki, bunu RİA Novosti-yə tibb elmləri doktoru, immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib.
Koronavirusun "omicron" ştamı haqqında danışan ekspert deyib ki, aşkar edilmiş yoluxmuşların maksimum artım tempinə diqqət yetirməmək lazımdır:
"Əsas odur ki, ilkin mərhələdə xəstəlikləri differensiasiya edək ki, "omicron"a yoluxmaqla yüngül gedişi olan xəstələr ambulator şəraitdə, evdə müalicə olunsunlar və səhiyyə sistemi lüzumsuz xəstəxanaya yerləşdirmə ilə yüklənməsin".

Ekspert "omicron"la əlaqəli yeni koronavirus dalğasının sonunu proqnozlaşdırıb.
Vladislav Jemçuqovun sözlərinə görə, "omicron"un "tapşırığı" çoxsaylı ölümlər olmadan planetə kütləvi yayılmaqdır. Nəticə etibarı ilə virus yeni ev sahibini "tapacaq", çünki bəşəriyyət tormozlayıcı sürü immuniteti formalaşdırıb. Nəticədə, məsələn, "Ebola"ya bənzər yeni təbii fokus infeksiyası əmələ gəlir.

"Biz planet miqyasını nəzərə almalıyıq. İnanıram ki, bir il ərzində planetar miqyasda o, birmənalı şəkildə başa çatacaq, hətta Sakit okeanın ən uzaq adalarına çatacaq", - Jemçuqov əlavə edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ