"Omikron"un ən çox rast gəlinən simptomu açıqlandı


Koronavirusun "omikron" ştamının ən çox rast gəlinən simptomu açıqlanıb. Məlumatı Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvadi paylaşıb. Bu barədə"NBC Chicago" yazır.

Turkustan.az -ın məlumatına görə, qeyd olunur ki, boğaz ağrısı müsbət COVID-19 testi almadan əvvəl yeni bir infeksiya növünə yoluxmağı göstərə bilər.

Həkim, hər hansı bir qrip və ya soyuqdəymə əlamətləri olan insanları "əksi sübut olunana qədər" koronavirusa yoluxmalarını düşünməyə çağırıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ