NASA-dan kəşf: Qara dəlik tapıldı


ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin "Habl" kosmik rəsədxanası 30 milyon işıq ili uzaqlıqda "Henize" 2-10 kimi tanınan yeni qara dəlik aşkar edib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, daha əvvəl kəşf edilmiş digər qara dəliklərdən fərqli olaraq ulduzları udmadığı, əksinə ulduzları yaratdığı aşkar edilib.

Bu kəşf göstərir ki, qara dəliklər məlum olduğu kimi təkcə dağıdıcı deyil, həm də yaradıcı ola bilər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ