İnsanlar 130 ilə qədər yaşayacaq - Şok araşdırma


Amerikalı milyarder Ceff Bezos ilə rus internet sahibkarı Yuri Milner tərəfindən "qocalma əleyhinə araşdırma" üçün dəstəklənən "Altos Labs" şirkəti insan ömrünü 130 ilə qədər uzatmağı hədəfləyir.

Turkustan.az xəbər verir ki, ABŞ və Böyük Britaniyada yerləşən "Altos Labs" şirkəti üzərində işlədiyi metod "canlı orqanizmlərdə hüceyrənin yenidən proqramlaşdırılması" kimi müəyyən edir. Bu üsul elektron cihazı zavod parametrlərinə qaytarmağa bənzəyir.

Metodda kök hüceyrələrə xüsusi diqqət yetirilir. Bədənin xammalı olan və bütün hüceyrələrin istehsal olunduğu kök hüceyrələr idarə olunan şəraitdə daha çox hüceyrə yaratmaq üçün bölünür. Bu embrion kök hüceyrələr xəstə toxumaları və orqanları bərpa etmək və hətta bütün bədəni cavanlaşdırmaq üçün istifadə edilə bilər. Siçanlar üzərində aparılan təcrübələr indiyədək qarışıq nəticələr verib. Bəzi siçanlarda toxumaların cavanlaşması əlamətləri, digərlərində isə şişlər əmələ gəlib.

ABŞ-lı milyarder Ceff Bezos və rus internet sahibkarı Yuri Milnerin "uzun ömür formulu"na sərmayə qoyduğu "Altos Labs"in araşdıracağı digər mühüm məsələ isə stressin insan orqanizminə təsiridir. Şirkət orqanizmin stresə cavab verməsini təmin edəcək "inteqrasiya edilmiş stress reaksiyası" adlı metod üzərində işləyir. Araşdırmalar göstərir ki, yüksək səviyyədə stress insan orqanizmindəki hüceyrələrə zərər verə bilər. Bu zədələnmiş hüceyrələr hüceyrə bölünməsinə məruz qalırsa, yeni hüceyrələr də zədələnir. İnkişaf etdirilən üsulda problem aşkar edildikdə chr("39")təcili sıfırlama proqramıchr("39") işlədə biləcək. Əgər bu işə yaramırsa, zərərin yayılmasının qarşısını almaq üçün təhlükə daşıyan hüceyrələri məhv edəcək. Bununla belə, "inteqrasiya edilmiş stress cavabı" adlandırılan həllərin "uğursuzluq" göstərməsi mümkündür və onların "sıfırlanması" Altos Labs-ın tədqiqatının əsas nöqtələrindən biridir. Süni intellekt həm də şirkətdəki milyonlarla molekuldan ibarət hüceyrələrin işini başa düşməkdə mühüm rol oynayacaq. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ